Rusiya Jitomiri atəşə tutdu: Ölən və yaralananlar var

Rusiya Jitomiri atəşə tutdu: Ölən və yaralananlar var
Siyasət 57

İyunun 9-na keçən gecə Rusiyanın hücumları nəticəsində Ukraynanın Jitomir vilayətinin Zvyangelski icmasının yaşayış sahəsi vurulub.

BAKU.WS Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Zvyangelski şəhər şurası məlumat yayıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

İlkin məlumata görə, 6 fərdi ev dağılıb, onlarla evə ziyan dəyib.

Jitomir Regional Dövlət Administrasiyasının rəhbəri Vitali Buneçkonun sözlərinə görə, bu gecə bölgədə hava hücumundan müdafiə qüvvələri tərəfindən bir raket vurulub.

Son xəbərlər