Rusiya Ermənistandan izahat istəyib
Rusiya Xarici İşlər Nazirliyi Ermənistan hökumətindən Roma statutunu parlamentə ratifikasiya üçün göndərməsinə görə izahat istəyib.
BAKU.WS Report-a istinadən xəbər verir ki, bu barədə qurumun sözçüsü Mariya Zaxarova brifinqdə deyib.
Onun sözlərinə görə, gələcək addımlar bu izahatın məzmunundan asılıdır.
Xatırladaq ki, daha əvvəl Ermənistan hökuməti Roma statutunu ratifikasiya üçün parlamentə göndərib.
Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi (Haaqa tribunalı) Rusiya Prezidenti Vladimir Putini Ukrayna ərazisində müharibə cinayətlərində ittiham edərək barəsində qərar çıxarıb.
Ermənistan parlamenti sənədi ratifikasiya edəcəyi təqdirdə, İrəvan Beynəlxalq Ədalət Məhkəməsinin qərarını icra etmək öhdəliyi götürür. Bu isə o deməkdir ki, Putin Ermənistana səfər edərsə, həbs olunaraq aidiyyəti üzrə təhvil verilməlidir.
Oxşar xəbərlər
Ermənistan hökuməti Putinin həbsinə əsas verən qanun layihəsini parlamentə göndərib
Sentyabrın 1-də Ermənistan hökuməti Roma statutunun ratifikasiya olunması üçün parlamentə göndərib. BAKU.WS report-a istinadən xəbər verir ki, həmin sənəddə Rus...