Zaxarova: “Armen Qriqoryanın mövqeyini müəyyənləşdirməsini istərdim”
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı mövqeyini müəyyənləşdirməyə çağırıb.
“Report”un Rusiya bürosu xəbər verir, bunu Mariya Zaxarova həftəlik brifinqdə deyib.
“Armen Qriqoryanın mövqeyini müəyyənləşdirməsini istərdim: ya Ermənistan tərəfi ilə normal dialoq olmalı, ya da belə bəyanatlar verilməlidir. Biz birincini seçirik”, - o vurğulayıb.
M.Zaxarova qeyd edib ki, A.Qriqoryanın bu yaxınlarda şərh etdiyi kommunikasiyaların açılması mövzusu Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinləri tərəfindən işlənilir: “Buna görə də kənardan belə şərhlərə cavab verməyi düzgün hesab etmirəm. Bu, müvafiq nümayəndələrin səlahiyyətidir”.
Oxşar xəbərlər
Ararat Mirzoyana Moskva şapalağı - ANALİTİK ŞƏRH - FOTO
Cənubi Qafqaz regionunda vəziyyət hər dəfə qaynama nöqtəsinə çatanda hamımıza artıq tanış olan telefon alqoritmini müşahidə etməli oluruq: Ermənistanın baş nazi...