Rusiya bir sıra ölkələrin şirkətlərinə sanksiyalar tətbiq edib

Rusiya bir sıra ölkələrin şirkətlərinə sanksiyalar tətbiq edib
Siyasət 97

Rusiya Aİ, Ukrayna və Britaniyanın avtomobil nəqliyyatı şirkətlərinə qarşı əks sanksiyalar tətbiq edib.

BAKU.WS Rusiya KİV-ə istinadən xəbər verir ki, Rusiya hökuməti oktyabrın 10-dan etibarən Aİ, Ukrayna, Böyük Britaniya və Şimali İrlandiya və Norveçdən olan nəqliyyat şirkətləri üçün ölkə ərazisi üzrə beynəlxalq avtomobil daşımalarına qadağa qoyub.

O cümlədən, qadağa ikitərəfli və tranzit daşımalara, habelə üçüncü dövlətin ərazisindən və ya ərazisinə daşınmaya şamil edilir.

Fərman oktyabrın 10-dan qüvvəyə minir və 2022-ci il dekabrın 31-dək qüvvədədir.

Rusiya prezidenti Vladimir Putin sentyabrın 29-da hökumətə Rusiya Federasiyası ərazisindən avtomobil yolu ilə “dost olmayan” ölkələrdən yüklərin daşınmasına qadağa qoymaq səlahiyyəti verən fərman imzalayıb .

Aprelin 8-də Rusiya Federasiyası və Belarusda yaradılmış hər hansı avtomobil nəqliyyatı müəssisələrinə Avropa İttifaqının ərazisindən, o cümlədən tranzitlə yüklərin daşınmasına qadağa qüvvəyə minib.

Son xəbərlər