Rus milyarder Dağlıq Qarabağda kənd salır (FOTO)

Rus milyarder Dağlıq Qarabağda kənd salır (FOTO)
Siyasət 1069
 

"Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın işğal edilmiş ərazilərində eko-kəndin tikintisi niyyəti haqqında informasiyanı araşdırır".

BAKU.WS-in 1news.az-a istinadla verdiyi məlumata görə, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, beynəlxalq humanitar hüquqa uyğun olaraq, işğal edilmiş ərazilərdə belə fəaliyyət qanunsuzdur.

"Təəssüf ki, ermənilər tərəfindən işğal edilmiş ərazilərdə demoqrafik vəziyyətin dəyişikliyi məqsədi ilə müəyyən addımlar atılır, qanunsuz iqtisadi fəaliyyət həyata keçirilir", - deyə o bildiri. XİN rəsmisi bütün lazımlı ölçülərin götürüləcəyini söyləyib.

Qeyd edək ki, erməni KİV-i yazır ki, eko-kənd erməni əsilli Rusiya milyarderi Ruben Vardanyanın təsisçisi olduğu IDeA fondu tərəfindən yaradılacaq. Vardanyananın sözlərinə görə, tikinti işləri artıq bu ildən başlanacaq. Layihənin reallaşdırması üçün 20 milyon dollar ayrılıb. Yaxın vaxtlarda layihənin icraçı şirkəti Xankəndidə layihənin reallaşdırması proqramını təqdim ediblər.

Azərbaycanın 20% ərazisi - Dağlıq Qarabağ və yeddi ətraf rayon indiyə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 

BAKU.WS 

Son xəbərlər