Rumıniyada qatarla avtomobil toqquşub, ölənlər var
16
iyl
2023
23:23
Rumıniyanın Orben qəsəbəsində (Bakeu vilayəti) sərnişin qatarı ilə minik avtomobilinin toqquşması nəticəsində ikisi yeniyetmə olmaqla 4 nəfər ölüb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə “Agerpres” agentliyi məlumat yayıb.
Suçava - Buxarest marşrutu üzrə hərəkət edən sərnişin qatarı avtomatik siqnalizasiya ilə təchiz olunmuş keçiddə minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində avtomobildəkilərin hamısı ölüb.
Ərazinin dəmiryolunda hərəkət dayandırılıb, polis qəzanın səbəblərini araşdırır.
Oxşar xəbərlər
Əli Əkbər Vilayəti məqaləsində nə demək istəyir? - VİDEO
İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti yeni məqalə yazıb. Bu barədə “Azad İran” “Youtube” kanal...