Ukraynadan Rumıniyaya gələn azərbaycanlılar pulsuz təyyarə reysi ilə İstanbula çatdırılır - FOTO

Ukraynadan Rumıniyaya gələn azərbaycanlılar pulsuz təyyarə reysi ilə İstanbula çatdırılır - FOTO
Foto
Siyasət 74

Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Rumıniya üzrə əlaqələndiricisi Vaqif Həsənov Ukraynadan Rumıniyaya gəlmək istəyən azərbaycanlılara müraciət edib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, V.Həsənov Rumıniyanın paytaxtı Buxarest şəhərində sığınacağın olduğunu bildirib:

"Bura gəlib çıxan azərbaycanlılar pulsuz Buxarest-İstanbul təyyarəsi ilə İstanbula çatdırılır. Lakin siyahıya yazılmaq lazımdır. Sığınacaqda isti yemək, çay, kofe verilir", - vurğulayıb.

Son xəbərlər