Əli Əkbər Vilayəti məqaləsində nə demək istəyir? - VİDEO
İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti yeni məqalə yazıb.
Bu barədə “Azad İran” “Youtube” kanalında süjet yayımlanıb.
Bildirilib ki, Vilayəti bütün məqaləsi boyu istər Güney, istərsə də Quzey Azərbaycanda yaşayan azərbaycanlıları “azəri” adlandırır və azəriliklə iranlılıq arasında bərabərlik işarəsi qoyaraq yazır:
“Bu gün uca səslə bəyan etmək lazımdır ki, hər bir azəri iranlı, hər bir iranlı azəridir; lap o azəri və iranlı İrandan xaricdə olsa və başqa bir pasport daşısa belə!
Dünyanın istənilən yerində hər bir azəri maneəsiz şəkildə fikrini bildirirsə, ya İran vətəndaşıdır, ya İran vətəndaşı deyilsə də, nəzərləri İrana dikilib və ürəyində İrana istənilən başqa məkandan daha doğma bir yer ayırıb. Bizim əziz İranımız və Azərbaycanımıza müxalif olanlar istəsələr də, istəməsələr də, bu belədir”.
Bu sözlər, aydındır ki, Azərbaycan prezidentinin Türk Dövlətləri Təşkilatının Səmərqənd sammitində etdiyi məşhur çıxışa bir növ cavab kimi qələmə alınıb.
Üstəlik, Vilayəti Güney Azərbaycan gənclərinin “haray, haray, mən türkəm” hayqırtısını görməzdən gələrək, paniranist ideologiyanın azərbaycanlılar üçün irəli sürdüyü “azəri” termininə istinad edir.
Eyni zamanda, Quzey Azərbaycan əhalisinin iranlılarla eyni din, eyni məzhəb, eyni tarix və adət-ənənənin daşıyıcıları olmaqla yanaşı, eyni irqdən olduğunu yazmaqla, azərbaycanlıların türk kimliyini inkar etmiş olur.
Daha ətraflı süjetdə:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...