Ruhanidən İran parlamentinə şikayət olundu
Yeniliklərdən dərhal xəbərdar olun
İranın eks-prezidenti Həsən Ruhanidən ölkə parlamentinə şikayət daxil olub.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, keçmiş dövlət başçısına qarşı mühüm dövlət vəzifələrinə ikili vətəndaşlığı olan şəxslərin təyin edilməsi, milli valyutanın dəyərdən düşməsinə səbəb olan siyasət yeridilməsi, məşğulluq və yerli istehsala zərər verilməsi, sanksiyaların tamamilə qaldırılacağı vədilə nüvə sazişini imzalamaqla ölkənin nüvə sənayesinə xələl gətirilməsi kimi ittihamlar irəli sürülüb.
Şikayət məktubunu 500 mindən çox şəxs imzalayıb.
Qeyd edək ki, məktub İran konstitusiyasının 90-cı maddəsinə əsasən parlamentin müvafiq komissiyasına təqdim edilib.
Oxşar xəbərlər
İran həyasızcasına ermənilərlə iş qurduğunu elan edir: Bakı Tehrana güzəştə getməyəcək!
Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində ona dəstək olanları da, arxasınca məkrli planlar quranları da gördü. Çox təəssüf ki, ikincilərin sırasında milyon...