Ruben Vardanyan və Bako Saakyan pis rəftara məruz qalmadıqlarını, normal saxlanma şəraiti olduğunu bildiriblər
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasında saxlanılan Ruben Vardanyan və Bako Saakyan saxlandıqları dövrdən onlara humanist münasibət göstərildiyini bildiriblər.
Bu barədə Ombudsmanın mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.
Qeyd edilib ki, onlar hər hansı bir ayrı-seçkiliyə və pis rəftara məruz qalmadıqlarını, normal saxlanma şəraiti və tibbi xidmətlə təmin olunduqlarını, Ombudsman və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən dəfələrlə qəbul edildiklərini bildirərək növbəti qəbula görə təşəkkür ediblər.
Oxşar xəbərlər
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiya...