Roma Papası Ukraynadan taxılın daşınmasını sülhə işarə kimi dəyərləndirdi

07
avq
2022
16:52
Roma Papası Fransisk Ukrayna limanlarından taxılın ilk partiyasının daşınmasını alqışlayıb.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, müqəddəs Pyotr meydanında ənənəvi bazar günü müraciətində o, bu hadisəni sülhə ümid kimi gördüyünü söyləyib.
“Mən Ukrayna limanlarından taxılın ilk partiyasının daşınmasını məmnunluqla qarşılayıram. Bu addım dialoqun mümkün olduğunu və arzu olunan nəticələrin mümkünlüyünü nümayiş etdirir. Bu, sülhə işarədir və ümid edirəm ki, həmin yolla gedərək, atəşkəs və dayanıqlı sülh əldə edilə bilər”, - pontifik bildirib.
Oxşar xəbərlər
Roma Papası Ukrayna gərginliyinə reaksiya verdi
Roma Papası Fransisk Ukrayna və onun xalqına dəstəyini ifadə edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, pontifik ənənəvi çıxışı zamanı Ukrayna ətrafında...
