Roma Papası Macarıstanda ukraynalı qaçqınlarla görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Roma Papası Fransisk ukraynalı qaçqınlarla görüşüb və daha yaxşı gələcəyin mümkün olduğunu deyib.
Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.
“Ağrı və əzabın ortasında olsa da, sevgi balzamını aldıqdan sonra, biz irəliləməyə davam etmək üçün lazım olan cəsarət tapırıq: hər şeyin itirilmədiyinə və daha yaxşı gələcəyin mümkün olduğuna inanmaq üçün güc tapırıq”- deyə, o bildirib.
Frensis Budapeştdəki Müqəddəs Yelizaveta kilsəsinə səfəri zamanı 600-ə yaxın qaçqın, yoxsul və evsizlə görüşüb.
Papa bildirib ki, yoxsulluqdan və faciədən əziyyət çəkənlərə empatiya göstərmək, hətta ehtiyacı olanlar dinsiz olsa belə, xristianlığın ayrılmaz hissəsidir.
Oxşar xəbərlər
Roma Papası Azərbaycan və Ermənistan arasında sülh üçün hər kəsi dua etməyə çağırıb
Roma Papası Fransisk Azərbaycan və Ermənistan arasında gərginliyin sülh yolu ilə tənzimlənməsi üçün hər kəsi dua etməyə çağırıb. BAKU.WS Report-a istinadən xəbə...