Roma Papası Azərbaycan və Ermənistanı dialoqa çağırdı

Roma Papası Azərbaycan və Ermənistanı dialoqa çağırdı
Siyasət 1

Roma Papası Fransisk Azərbaycan və Ermənistanı dialoqa çağırıb.

Papa Fransisk Müqəddəs Pyotr meydanında bazar günü xütbəsi zamanı tərəfləri dialoqa dəvət edib.

"Mən bir daha Azərbaycan və Ermənistanı dialoqa çağırıram. Ümid edirəm ki, tərəflər arasında beynəlxalq ictimaiyyətin dəstəyi ilə aparılan danışıqlar humanitar böhrana son qoyacaq uzunmüddətli razılaşmaya gətirib çıxaracaq”, - pontifik əlavə edib.//Report.az

Son xəbərlər