Roma Papası Ukrayna müharibəsi barədə: "Bu, Tanrıya qarşı ağır təhqirdir"

Papa Fransisk Vatikanda bazar günü xütbəsi zamanı Rusiyaya müraciət ünvanlayıb.
BAKU.WS "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, o, Moskvanı taxıl müqaviləsini yeniləməyə çağırıb.
"Biz hər şeyi, o cümlədən taxılı məhv edən müharibədə Ukrayna üçün dua etməyi dayandırmırıq. Bu, Tanrıya qarşı ağır təhqirdir, çünki taxıl onun bəşəriyyəti qidalandırmaq üçün bəxş etdiyi nemətdir. Aclıqdan əziyyət çəkən bacı-qardaşların fəryadı göylərə ucalır", - Fransisk bəyan edib.
Vatikanın Müqəddəs Pyotr meydanında Apostol sarayının pəncərəsindən danışan pontifik "Mən Kreml nümayəndələrini Qara Dəniz Təşəbbüsünü bərpa etməyə çağırıram ki, taxılın təhlükəsiz daşınması mümkün olsun", - deyə bildirib.
Oxşar xəbərlər
Vatikanda keçmiş Roma Papası ilə vida mərasimi başlayıb - VİDEO
Vatikanda Müqəddəs Pyotr kilsəsində keçmiş Roma Papası ilə vida mərasimi başlayıb. Minlərlə ziyarətçi XVI Benediktlə vidalaşmaq üçün kilsəyə axışır. Məlumat üçü...
