İrəvanda aksiayalar zamanı 137 nəfər saxlanılıb

İrəvanda aksiayalar zamanı 137 nəfər saxlanılıb
Siyasət 11

Ermənistanın paytaxtı İrəvanda itaətsizlik aksiyalarında iştirak edən 137 nəfər yerli polis əməkdaşları tərəfindən müxtəlif bölmələrə aparılıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Hazırda İrəvanda inzibati hüquq pozuntuları haqqında qanunun 182-ci maddəsinə əsasən 137 nəfər itaətsizlik aksiyalarında iştirak edən şəxs saxlanılıb,” – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Ermənistanda etiraz aksiyaları səhər saatlarında başlayıb.

Son xəbərlər