İrəvanda aksiyalar zamanı 134 nəfər saxlanılıb - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
İrəvanda keçirilən itaətsizlik aksiyaları zamanı 134 vətəndaş nəzarətə götürülüb.
BAKU.WS xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, saxlanılanlar ölkənin İnzibati Xətalar Məcəlləsinin 182-ci (Polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddəsi ilə tutulublar.
*** 09:25
İrəvanda sərhədin delimitasiyası qərarına etirazlar çərçivəsində ilk qurulub.
BAKU.WS xəbər verir ki, bu barədə Novosti Armenia məlumat yayıb.
“İrəvanda skamyalar və zibil qutularından ibarət ilk barrikadalar görünməyə başlayıb, polis etirazçıları saxlayır”, - agentliyin məlumatında deyilir.
Xatırladaq ki, mayın 11-də Ermənistan polisinin İrəvanda etiraz aksiyası keçirən 48 nəfəri saxladığı bildirilirdi.
Mayın 9-da İrəvanın Respublika meydanında minlərlə adamın iştirakı ilə mitinq keçirilib. İnsanlar ölkə hökumətinin Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı qərarına etiraz edərək, Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb ediblər.
Oxşar xəbərlər
Gürcüstanda aksiyaçılar barrikadalar qurmağa başlayıblar - YENİLƏNİB-3
Gürcüstanın paytaxtı Tbilisidə etirazçılar xüsusi təyinatlılara qarşı barrikadalar qurmağa başlayıblar. "Report"un yerli bürosu xəbər verir ki, polislə aksiya i...