Rəsulzadə və ailəsinin illər sonra ortaya çıxan yeni FOTOları

Rəsulzadə və ailəsinin illər sonra ortaya çıxan yeni FOTOları
Foto
Siyasət 121

Ötən gün Tarix Muzeyində "Məhəmməd Əmin Rəsulzadə. Azərbaycan davası" mövzusunda kütləvi mühazirə keçirilib.

Tədbirdə Məhəmməd Əmin Rəsulzadənin nəvələri və digər ailə üzvləri iştirak ediblər.

Bu barədə tədbirin təşkilatçısı, Əməkdar elm xadimi Solmaz Rüstəmova Tohidi sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, Rəsulzadənin virtual-ev muzeyi üçün yeni fotolar əldə edib. Ona bu şəkilləri M.Ə.Rəsulzadənin böyük qızı Lətifə xanımın ilk övladı, uşaq vaxtı anası və nənəsi ilə birgə Qazaxıstan sürgününün bütün məşəqqətlərini yaşamış Firuzə xanımın oğlu Həsən Məmmədov təqdim edib.

H.Məmmədov göndərdiyi bəzi şəkillərin nə üçün internet müstəvisində olmadığına da aydınlıq gətirib. O, anasının bu şəkilləri özü ilə bütün Qazaxıstanı dolaşdırıb qoruduğunu, sonra Bakıya gətirdiyini, anasının vəfatından sonra isə onların orijinallarını özündə saxladığını bildirib.

Sözügedən şəkilləri təqdim edirik:

Son xəbərlər