Rəsmi Ankara ABŞ, İsrail və İranı hücumları dayandırmağa çağırıb
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail və ABŞ-nin İrana hücum etməsi ilə başlayan və İranın üçüncü ölkələri hədəf alması ilə davam edən hadisələr regionun gələcəyini və qlobal sabitliyi riskə ata biləcək xarakter daşıyır.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd olunub.
Bildirilib ki, rəsmi Ankara beynəlxalq hüquqa zidd və günahsız mülki şəxslərin həyatını təhlükəyə atan hər növ fəaliyyətdən dərin narahatlıq duyur, zorakılığın artmasına səbəb ola biləcək təxribatları pisləyir.
"Tərəfləri hücumları tez bir zamanda dayandırmağa çağırırıq", - bəyanatda vurğulanıb.
Qeyd olunub ki, Türkiyə vasitəçiliklə bağlı lazımi dəstəyi verməyə hazırdır.
Oxşar xəbərlər
Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır
Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi -...