Rəşad Atakişiyevin anım mərasimi keçirilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Təlim-məşq zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin hərbi pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olmasının 5-ci ildönümü ilə əlaqədar iyulun 24-də anım mərasimi keçirilib.
Bu barədə Müdafiə Nazirliyini mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.
Əvvəlcə İkinci Şəhidlər xiyabanında şəhid hərbi pilotumuzun məzarı ziyarət olunub, üzərinə əklil və gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib.
Sonra Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları və döyüş yoldaşlarının iştirakı ilə Azərbaycan Hərb Tarixi Muzeyində tədbir keçirilib.
Tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Çıxış edənlər şəhidimizin şərəfli döyüş yolundan, vətənpərvərliyindən, peşəkarlığından, döyüş əzmindən və milli-mənəvi dəyərlərimizə bağlılığından danışıblar.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonra polkovnik-leytenant R.Atakişiyevə həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbirdə ifa olunan vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqi nömrələri maraqla qarşılanıb.
Qalereya
Oxşar xəbərlər
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
Prezident İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının və Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. BAKU.WS...