Rəisinin qəzaya uğrayan helikopterinin axtarışı zamanı 3 əməkdaş yoxa çıxıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verildiyi kimi İran prezidenti İbrahim Rəisinin olduğu helikopter dünən axşam saatlarında Şərqi Azərbaycanda qəzaya uğrayıb.
BAKU.WS İran mətbuatına istinadən xəbər verir ki, saatlarla davam edən axtarış-xilasetmə işlərindən sonra qruplar dağıntılar altına çatarkən, aralarında prezident Rəisi və xarici işlər naziri Abdullahiyan da daxil olmaqla 9 nəfərin həyatını itirdiyi müəyyən edilib. Bununla bağlı İranda 5 günlük milli matəm elan edilib.
Helikopterin düşdüyü ərazidə yağışlı, dumanlı və soyuq hava şəraiti səbəbindən axtarışlar çətinliklə aparılıb. Axtarışlar zamanı İran Qızıl Aypara Cəmiyyətinin 3 əməkdaşı yoxa çıxıb.
Oxşar xəbərlər
Rəisi Məşhəddə dəfn ediləcək
Helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisinin dəfn mərasimi mayın 23-də Məşhəddə keçiriləcək. BAKU.WS xəbər verir ki, bu barədə respublikanın...