Rəisi Məşhəddə dəfn ediləcək

Rəisi Məşhəddə dəfn ediləcək
Siyasət 247

Helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisinin dəfn mərasimi mayın 23-də Məşhəddə keçiriləcək.

BAKU.WS xəbər verir ki, bu barədə respublikanın vitse-prezidenti Möhsün Mənsuri bildirib.

“Ayətullah Rəisinin dəfn mərasimi cümə axşamı axşam İmam Rza məqbərəsində keçiriləcək”, - deyə o, IRIB TV-də deyib.

Qeyd edək ki, İran prezidenti İbrahim Rəisinin olduğu helikopter dünən axşam saatlarında Şərqi Azərbaycanda qəzaya uğrayıb. saatlarla davam edən axtarış-xilasetmə işlərindən sonra qruplar dağıntılar altına çatarkən, aralarında prezident Rəisi və xarici işlər naziri Abdullahiyan da daxil olmaqla 9 nəfərin həyatını itirdiyi müəyyən edilib. Bununla bağlı İranda 5 günlük milli matəm elan edilib.

Helikopterin düşdüyü ərazidə yağışlı, dumanlı və soyuq hava şəraiti səbəbindən axtarışlar çətinliklə aparılıb. Axtarışlar zamanı İran Qızıl Aypara Cəmiyyətinin 3 əməkdaşı yoxa çıxıb.

Son xəbərlər