İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib
İranın bir sıra əyalətlərində, xüsusən də mərkəzi və cənub-şərq bölgələrində iki gün öncə başlayan leysan nəticəsində yaranan daşqınlar böyük fəsadlar törədib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Məlumata görə, daşqınlar yaşayış evlərini uçurub, yolları bağlayıb.
“Son 48 saatda 1300-dən çox insan daşqınlardan zərər çəkib. Aprelin 23-dən etibarən İsfahan, Tehran, Cənubi Xorasan, Simnan, Sistan və Bəlucistan, Fars, Qum, Gülüstan, Mazandaran, Kerman və Yəzd əyalətində leysan daşqınlara səbəb olub”, - deyə İranın Qızıl Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatın rəhbəri Babək Mahmudi bildirib.
Oxşar xəbərlər
Daşqınların ziyan vurduğu İranda timsah həyəcanı
BƏƏ və Omandan sonra fırtına İrana da ziyan vurub. İranda sel fəlakəti zamanı səlahiyyətlilər timsah hücumlarına qarşı ictimaiyyəti xəbərdar edib. BAKU.WS "TRT...