İranda hər sutkada dörd nəfər edam edilir - FOTO
İran İnsan Haqları Təşkilatının mayın 5-də yaydığı hesabatına görə, ötən 10 gün ərzində İranda hər 6 saatda bir nəfər, yəni hər sutkada 4 nəfər dar ağacından asılaraq öldürülüb.
Bu barədə "Azad İran" teleqram kanalı məlumat verib.
Hesabatda 10 gün ərzində 42 məhkumun edam edildiyi və onlardan 22-nin etnik bəluc məhbus olduğu qeyd edilib.
İran İnsan Haqları Təşkilatı öz hesabatında Kərəcdəki Qızıl-Hisar həbsxanasında genişmiqyaslı edamların icrası riski ilə bağlı xəbərdarlıq edib. Təşkilat beynəlxalq ictimaiyyəti artan bu edam dalğasına dərhal və müvafiq reaksiya göstərməyə çağırıb.Adıçəkilən təşkilatın hesabatında 2023-cü ilin dörd ayı ərzində İran zindanlarında 194 məhkumun edam olunduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, mayın 6-sı səhər saatlarında Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhər həbsxanasında daha 2 məhkumun edam cəzası həyata keçirilib.
Oxşar xəbərlər
İranda edamların sayı artıb
İranda məhkəmələrin edam qərarı rekord həddə çatıb. Belə ki, 2022-ci ildə 582 nəfər edam edilib ki, bu da 2021-ci ilə nisbətən 75 faiz çoxdur. BAKU.WS “Human Ri...