İranda daha bir etirazçı edam edildi - FOTO

İranda daha bir etirazçı edam edildi - FOTO
Siyasət 242

İranın Məşhəd şəhərində Məcidrza Rəhnəvərd ictimaiyyətin gözü önündə dar ağacından asılıb.

BAKU.WS xəbər verir ki, “Azad İran” teleqram kanalı məlumat yayıb.

Qeyd edilir ki, edam hökmü “əmin-amanlığın, təhlükəsizliyin bərpa olunması uğrunda qiyamçılara və qanunu pozanlara qarşı mübarizə” çərçivəsində icra olunub.

İran İnqilab Məhkəməsinin Məşhəddəki idarəsi Məcidrza Rəhnəvərd barəsində 23 gün öncə ölüm hökmü çıxarıb. Hökm dekabrın 12-də səhər saatlarında icra olunub.

Qeyd edək ki, bu, barəsində ölüm hökmü çıxarılan və icra olunan ikinci şəxsdir. Bundan əvvəl Mohsen Şekari dar ağacından asılıb.

Son xəbərlər