İranda edamların sayı artıb

İranda edamların sayı artıb
Siyasət 146

İranda məhkəmələrin edam qərarı rekord həddə çatıb. Belə ki, 2022-ci ildə 582 nəfər edam edilib ki, bu da 2021-ci ilə nisbətən 75 faiz çoxdur.

BAKU.WS “Human Rights” təşkilatının İranda insan hüquqları ilə əlaqədar hazırladığı hesabata əsasən bildirir ki, 2021-ci ildə 333 nəfər edam edilib. Hesabat müxtəlif mənbələrdən əldə edilən məlumatlara əsasən hazırlanıb, ona görə də edam edilənlərin hamısının adlarını dəqiqləşdirmək mümkün olmayıb.

Hesabata görə, edam edilənlərin 16-sı qadın, 3 nəfəri isə yetkinlik yaşına çatmayan şəxs olub.

Son xəbərlər