İranda fabrikdə baş verən yanğında 50-dən çox şəxs xəsarət alıb
09
yan
2024
22:22
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İranın Əlborz əyalətindəki kosmetik vasitələr fabrikində baş verən yanğın nəticəsində azı 53 nəfər xəsarət alıb.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, yanğına qaz məhlulunun partlaması səbəb olub.
Hadisə vilayətin cənub-şərqində yerləşən sənaye şəhərciyində baş verib.
Zərərçəkənlərin aparıldığı əyalət tibb mərkəzinin rəhbəri bəzi yaralıların vəziyyətini ağır olaraq qiymətləndirib.
Yanğınsöndürənlər alovun lokallaşdırılmasına nail olublar.
Oxşar xəbərlər
Türkiyədə raket fabrikində partlayış - 5 nəfər ölüb - FOTO
Türkiyədə, paytaxt Ankaranın Elmadağ rayonunda yerləşən raket və onlar üçün sursat istehsal edən fabrikdə güclü yanğın baş verib. BAKU.WS Türkiyə mətbuatına ist...