Türkiyədə fabrikdə partlayış: 1 nəfər ÖLDÜ

31
may
2022
15:34
Türkiyənin Bursa şəhərinin İnegölü rayonunda yerləşən Mütəşəkkil Sənaye Zonasında fəaliyyət göstərən meşə məhsulları fabrikində partlayış olub.
BAKU.WS "Haber Global"a istinadla xəbər verir ki, partlayışdan sonra fabrikdə yanğın başlayıb.
Bildirilib ki, yanğın zamanı işçilərdən 1-i ölüb, 3 nəfər isə yaralanıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadası və texnika cəlb olunub.
Oxşar xəbərlər
İlham Əliyev Ağdam Sənaye Parkında iki müəssisənin təməlini qoydu - FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva fevralın 13-də Ağdam Sənaye Parkında iki müəssisənin təməlinin qo...
