İranda etnik ərəb edam edilib - FOTO

29
noy
2023
21:15
İranın Əhvaz şəhərinin Sepidar zindanında Hani Şahbazi adlı etnik ərəb məhbus “müharibə” (dini hakimiyyətə qarşı çıxmaq) ittihamı ilə dar ağacından asılıb.
Bu barədə "Azad İran" teleqram kanalı xəbər verib.
Məlumata görə, o, polis əməkdaşını qətlə yetirməkdə ittiham olunub. Amma əhvazlı fəallar onun ittihamının sübuta yetirilmədiyini və İran təhlükəsizlik orqanlarının iddialarına əsaslandığını bildiriblər.
Qeyd edək ki, 32 yaşlı etnik ərəbin Xuzistan əyalətinin Fəlahiyyə (Şadqan) şəhər sakini olduğu qeyd edilib.

Oxşar xəbərlər
İranda daha bir məhbus edam edildi
İranda daha bir məhbus edam edilib. Bu barədə "Azad İran" teleqram kanalı İranda İnsan Haqları Təşkilatına istinadən xəbər verib. Bildirilir ki, Məşhəd şəhərind...
