İran XİN rəhbəri Bakıya gələcək
Yeniliklərdən dərhal xəbərdar olun
İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin İslamabadda keçirilən toplantısı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian arasında görüş keçirilib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, İran və Azərbaycanın xarici siyasət idarələrinin rəhbərləri iki ölkə arasında inkişaf edən əlaqələrdən məmnunluq ifadə edərək, əməkdaşlıq sahəsində baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.
Görüşdə tərəflər münasibətlərin inkişaf tendensiyasından məmnunluq ifadə ediblər, həmçinin iki ölkə arasında əməkdaşlıqla bağlı son proseslər diqqət mərkəzində olub.
Azərbaycanın xarici işlər naziri iranlı həmkarını Bakıya dəvət edib.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...