İran şahının oğlu İsrailin baş naziri ilə görüşüb

İran şahının oğlu İsrailin baş naziri ilə görüşüb
Siyasət 185

İsraildə səfərdə olan İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşüb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, görüşdə Netanyahunun və Pəhləvinin həyat yoldaşları da iştirak ediblər.

Məlumata görə, görüş İsrailin milli Holokost və qəhrəmanlıq abidəsi olan “Yad Va Şem” muzeyində baş tutub.

Görüşün məzmunu ilə bağlı əlavə məlumat verilməyib.

İsrail Kəşfiyyat Nazirliyindən verilən açıqlamada, Pəhləvinin səfəri "İrandan İsrailə ən yüksək səviyyəli səfər" kimi qiymətləndirilib. Qeyd edək ki, İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvinin oğlu Şahzadə Rza Pəhləvi Vaşinqtonda yaşayır və qərbyönlü mövqeyi ilə tanınır.

Son xəbərlər