İran koronavirusun dərmanını tapdığını açıqladı: 3 həftədən sonra hazır olacaq - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Çində yaranan və qısa müddətdə dünyaya yayılan koronavirus epidemiyasının İranda dərmanının tapıldığı açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə İHA məlumat yayıb.
Məlumata görə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cihanpur bildirib ki, koronavirusa qarşı istehsal olunan dərman müsbət nəticələr verib.
O, əlavə edib ki, koronavirus xəstələri üçün istifadə edilən və immunitet sistemini gücləndirən "Actemra" dərmanı bəzi şəhərlərdə xəstələri sağaldıb: "24 saat ərzində dərman təsirini göstərib. Ancaq qəti bir şey söyləmək hələ tezdir".
İstifadə olunan dərmanların ilk 24 saat ərzində təsirli olmağa başladığını bildirən Cihanpur dərmanların təsiri ilə əlaqədar mütəxəssislərin araşdırmaları davam etdirdiyini qeyd edib.
Dərman tamamilə yerli imkanlarla istehsal edilib. Onun bazara daxil olması 3 həftədən sonra mümkün olacaq.
Oxşar xəbərlər
KORONAVİRUSLA BAĞLI ŞAD XƏBƏR: 60 mindən çox xəstə sağalıb
Çində yaranan və dünyaya yayılan koronavirus xəstəliyinə (COVID-19) yoluxmuş 107 min 725 nəfərdən 60 min 660 nəfər sağalıb. BAKU.WS xəbər verir ki, virusdan sağ...