İran 2021-ci ildə dəmiryol xətti vasitəsilə Rəşt şəhəri ilə Xəzər dənizini birləşdirəcək
İran hökuməti Xəzər dənizinin sahilindəki Ənzəli şəhərindən Gilan vilayətinin inzibati mərkəzi sayılan Rəştə qədər gedən dəmir yolunun inşasını 2021-ci ilin iyun ayınadək tamamlamağı planlaşdırır.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.
"Administrasiyanın sonuna qədər (söhbət hazırkı prezident administrasiyası haqqında gedir, İranda növbəti seçkilərin 18 iyun 2021-ci il tarixində keçirilməsi planlaşdırılır) Xəzər dənizini Rəştlə birləşdirəcəyik", - H. Ruhani qeyd edib.
"Qəzvin-Rəşt-Ənzəli" dəmir yolu xətti İranın son illərdəki ən vacib infrastruktur layihələrindən biridir. Tikinti başa çatdıqdan sonra bu marşrut Rusiya, Azərbaycan və İranı əhatə edən "Şimal-Cənub" nəqliyyat dəhlizinin bir hissəsinə çevrilməlidir.
Oxşar xəbərlər
İranlı general: Havadan Müdafiə Sistemi təyyarəni "Kruz" raketi hesab edib
Təyyarənin vurulduğu yerlə 19 kilometr məsafədə yerləşən İranın Havadan Müdafiə Sistemi təyyarəni "Kruz" raketi olaraq qiymətləndirib. BAKU.WS-in məlumatına gör...