Ramzan Kadırov koronavirusa yoluxub

21
may
2020
18:56
Çeçenistan rəhbəri Ramzan Kadırov koronavirus şübhəsi ilə Moskvaya çatdırılıb.
BAKU.WS-in “BAZA” Telegram kanalına istinadən yaydığı məlumata əsasən, o, Rusiyanın paytaxtında ən yaxşı klinikalardan birinə yerləşdirilib.
İlk simptomlar bir neçə gün əvvəl görünsə də, o, qripə yoluxduğunu düşünüb. Lakin Kadırovun səhhəti pisləşdiyindən həkimlər ona Moskva xəstəxanalarına müraciət etməyi tövsiyə ediblər.
Tibbi dairələrdən verilən məlumatlara görə, Ramzan Kadırovda artıq ağciyərlərin zədələnməsi qeydə alınıb. Ancaq COVID-19-a yoluxma diaqnozu hələlik təsdiq olunmayıb.
Oxşar xəbərlər
Ramzan Kadırov inquşlardan üzr istəyib
Çeçenistanın rəhbəri Ramzan Kadırov inquşların ünvanına işlətdiyi ədəbsiz ifadələrə görə üzr istəyib. BAKU.WS xəbər verir ki, Kadırov senzuradan kənar sözləri e...