Ramzan Kadırov inquşlardan üzr istəyib
Çeçenistanın rəhbəri Ramzan Kadırov inquşların ünvanına işlətdiyi ədəbsiz ifadələrə görə üzr istəyib.
BAKU.WS xəbər verir ki, Kadırov senzuradan kənar sözləri emosiyaya qapılaraq işlətdiyini bildirib.
"Burada işlətdiyim sözlər üçün üzr istəməliyəm. Çeçenlər və inquşlar arasında mübahisə yaratmağa çalışanlar qarşısında deyil, hörmətli insanlardan üzr istəyirəm. Düşmənlər haqqında danışarkən ehtiyatsız davrandım", - deyə Çeçenistan rəhbəri qeyd edib.
Kadırovun sözlərinə görə, veriliş zamanı çox emosional reaksiya verdiyini hiss etməyib. Ancaq respublika başçısı bunun ona haqq qazandırmadığını vurğulayıb.
Qeyd edək ki, ötən gün Kadırov koronavirusun yayılmasının qarşısını almaq üçün əməliyyat qərargahının iclasında 2018-ci ildə Çeçen-İnquş inzibati sərhədinin delimitasiya qərarının tənqid edilməsinə münasibət bildirib. Veriliş onun İnstaqramdakı hesabında yayımlanıb.
Kadırov bildirib ki, inquş və çeçenlər bir xalqdır. O eyni zamanda internetdə iki millətin bir xalq olmadığını yazanları təhqir edib.
Oxşar xəbərlər
Ramzan Kadırov Stalini lənətləyib
Çeçenistan rəhbəri Ramzan Kadırov 23 fevral 1944-cü ildə çeçenlər və inquşların Sibir və Qazaxıstana sürgün edilməsinin ildönümü ilə əlaqədar çıxışında bildirib...