Atambayev Kadırovu şahid qismində məhkəməyə çağırıb

Atambayev Kadırovu şahid qismində məhkəməyə çağırıb
Siyasət 529

Ötən ilin avqustunda həbs olunan Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev Çeçenistan rəhbəri Ramzan Kadırovun məhkəməyə şahid qismində dəvət olunmasını istəyib.

BAKU.WS xəbər verir ki, bu barədə sabiq prezidentin vəkili Sergey Slesarev RİA "Novosti"yə bildirib.

O, qeyd edib ki, Şamil Ataxanovun ifadələri ilə əlaqədar şahid qismində Ramzan Kadırovun dindirilməsini istəyir.

Vəkilin sözlərinə görə, sabiq baş nazir Ataxanov kriminal avtoritet Batukayevin qanunsuz sərbəst buraxılması iddiası ilə bağlı deyib ki, Kadırov Atambayevə bu mövzu ilə bağlı zəng edib.

Ataxanovun iddiasına görə, Ramzan Kadırov Batukaevin sərbəst buraxılması müqabilində dövlət təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Janış Bakiyevin də Qırğızıstana ekstradisiyasına kömək edəcəyi vədini verib.

Qeyd edək ki, Bakiyev bir çox ağır cinayətə görə ömürlük həbs cəzasına məhkum edilib.

"İstintaq bu məlumatı yoxlamalıdır", - deyə sabiq prezidentin vəkili Slesarev vurğulayıb.

Son xəbərlər