Ramiz Mehdiyevdən AMEA-dakı cinayət işi ilə bağlı AÇIQLAMA

Ramiz Mehdiyevdən AMEA-dakı cinayət işi ilə bağlı AÇIQLAMA
Siyasət 210

AMEA-nın sabiq prezidenti, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) baş vermiş qanun pozuntusu faktları ilə bağlı cinayət işi başlanması barədə danışıb.

BAKU.WS xəbər verir ki, o, bununla bağlı "Unikal"a açıqlama verib:

"Mənim heç nədən xəbərim yoxdur. Bununla bağlı mənimlə heç kim əlaqə saxlamayıb.

Məlumatsız olduğum üçün hazırda bu məsələlərlə bağlı çox danışa bilmərəm", - deyə o qeyd edib.

Xatırladaq ki, qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Qeyd edək ki, hesablama Palatasından daxil olmuş material əsasında Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətində aşkar edilmiş qanun pozuntuları ilə bağlı aparılmış araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. AMEA-nın 2020-2023-cü illərə dair fəaliyyəti üzrə təyin edilmiş audit yoxlamaları nəticəsində vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi, habelə digər qanun pozuntularının törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən dövrün əsas hissəsində isə AMEA-ya Ramiz Mehdiyev (2019-2022-ci illərdə) rəhbərlik edib.

Son xəbərlər