Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

29
sen
2017
21:03
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakıda səfərdə olan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb.BAKU.WS-in məlumatına görə, görüşdə dini ekstremizm və terrorçuluqla mübarizə məsələləri müzakirə olunub, habelə beynəlxalq informasiya təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlığa nəzər yetirilib.Məsləhətləşmələrin yekununa dair fikirlərini açıqlayan N. Patruşev bildirib ki, Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır.Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Rəşid Nurqaliyev isə beynəlxalq informasiya təhlükəsizliyi sahəsindəki vəziyyətdən narahatlığını ifadə edib. O qeyd edib ki, bəzi ölkələr informasiya sahəsində dünyaya öz maraqlarına uyğun oyun qaydalarını yeritməyə çalışır: “Bu üzdən də dünya birliyinin səylərini informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində münaqişələrin qarşısının alınmasına, digər ölkələrin daxili işlərinə qarışmamasına yönəltmək lazımdır”.BAKU.WS

Oxşar xəbərlər
İlham Əliyev: “Azərbaycanda gömrük rüsumlarının yığımı artıb”
Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçiriləcək Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclasında iştirak e...