Ramil Usubov rəisi işdən çıxardı
Daxili işlər naziri Ramil Usubov kadr dəyişikliyi edib.
BAKU.WS bakupost.az-a istinadən xəbər verir ki, o, Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi İlham Paşayevi yaş senzi ilə əlaqədar tutduğu vəzifədən azad edib. Nazir digər bir əmri ilə onun yerinə Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi Müslüm Quliyevi təyin edib.
Qeyd edək ki, İlham Paşayevin adı ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin işində hallanırdı.
İlham Paşayev Xətai rayon prokuroru Yusif İldırmzadə ilə bacanaqdır. Y.İldırımzadə ilə Ramil Usubov isə qudadırlar.
BAKU.WS
Oxşar xəbərlər
Ramil Usubov polis rəisini işdən azad edib
Daxili işlər orqanlarında yeni təyinat olub. BAKU.WS APA-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Laçın rayo...