Azərbaycanlı zəvvarlar vətənə qayıdır
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanlı zəvvarlar vətənə qayıtmaq üçün artıq yola düşüblər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri bildirib.
Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə ilk qrup mayın 25-də yola düşmüşdü.
Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 250 kvota yeri ayrılıb.
***11:53
Hazırda azərbaycanlı zəvvarlar Mədinə Beynəlxalq Hava Limanındadırlar.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.
Onun sözlərinə görə, bu gün yerli vaxtla saat 11:00-12:00 radələrində azərbaycanlı hacılardan ibarət ilk qrup Vətənə yola düşəcək:
"Reyslərdə heç bir dəyişiklik yoxdur. Azərbaycanlı zəvvarlar yerli vaxtla 17:00-18:00 radələrində Bakıya eniş edəcəklər. Mövcud vəziyyətlə əlaqədar heç bir dəyişiklik yoxdur. Hər şey qaydasındadır".
Oxşar xəbərlər
Bu gün Mustafa Kamal Atatürkün anım günüdür
Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu, ölkənin ilk prezidenti Mustafa Kamal Atatürkün vəfatından 88 il ötür. BAKU.WS xəbər verir ki, Mustafa Kamal Atatürk 188...