"Qiyamət buzlağı"nın əriməsinin sürətləndiyi barədə XƏBƏRDARLIQ - Əsrlər yox onilliklər qalıb
Yeniliklərdən dərhal xəbərdar olun
Antarktidada "Qiyamət buzlağı" kimi də bilinən nəhəng “Tveyts” buzlağı altından keçən isti dəniz suyu səbəbindən gözləniləndən daha tez əriyir.
BAKU.WS xəbər verir ki, bu barədə “The Hill” mayın 20-də İrvinedəki Kaliforniya Universitetinin alimlərinin araşdırmasına istinadən yazır.
Peyk məlumatlarından istifadə edən tədqiqatçılar tapıblar ki, təzyiqli su onun dərinliklərinə nüfuz etdikcə buzlaq bir neçə santimetr yüksəlir. Beləliklə, buzlağın altına nüfuz edən isti dəniz suyu onun aktiv şəkildə əriməsinə səbəb ola bilər.
"Narahatlıq ondan ibarətdir ki, biz buzlaqların dəyişmə sürətini düzgün qiymətləndirmirik və bu, bütün dünyada sahildə yaşayan əhali üçün fəlakətli nəticələrə səbəb ola bilər", - deyə Kanadanın Vaterloo Universitetinin Ətraf Mühit Departamentinin professoru, tədqiqatın həmmüəllifi Christine Dou qeyd edib.
O, okean suyunun buzlağa əbədi ziyan vurmasının nə qədər vaxt keçəcəyinin hələ aydın olmadığını, lakin tədqiqatın daha dəqiq modellərə səbəb olacağına ümid etdiyini söyləyib.
Baş müəllif və Kaliforniya Universitetinin professoru Erik Riqno da buzlağın əsrlər deyil, onilliklər ərzində tamamilə əriyə biləcəyi barədə xəbərdarlıq edib. Bununla belə, hər şey qlobal istiləşmə ilə bağlı vəziyyətdən asılı olacaq, deyə o əlavə edib.
Oxşar xəbərlər
Alimlərdən qorxunc xəbərdarlıq: Bu halda çox ölümcül xəstəlik yayılacaq - FOTO
Elm adamları çox ölümcül "Faktor X" virusunun Yerin donmuş təbəqəsində gizləndiyi barədə qorxunc xəbərdarlıq ediblər. BAKU.WS xarici mətbuata istinadən xəbər ve...