Antarktidada Argentina boyda buzlaq əridi

Antarktidada Argentina boyda buzlaq əridi
Siyasət 64

Antarktidada buzlaqlar bu il qlobal istiləşmə səbəbindən “rekord səviyyədə” əriyib.

BAKU.WS xarici KİV-ə istinadla xəbər verir ki, əriyən aysberq təxminən Argentina ilə eyni ölçüdədir.

ABŞ Milli Qar və Buz Məlumat Mərkəzi (NSIDC) Antarktidada bu il dəniz buzlarının əriməsinin son 45 ilin "ən yüksək səviyyəsinə" çatdığını bildirib.

NSIDC-nin məlumatına görə, buzun keçən il ilə müqayisədə təxminən 1,6 milyon kvadrat kilometr azalaraq 2022-ci ildə ərimə rekordunu qırdığı vurğulanıb.

Elm adamları buzlaqlardakı ərimənin daimi olacağından narahatdırlar.

Son xəbərlər