Qəzza zolağının 1,5 milyona yaxın sakini evlərini tərk edib - BMT
06
noy
2023
23:51
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Fələstin-İsrail münaqişəsinin eskalasiyası nəticəsində Qəzza zolağında 1,5 milyona yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Trend-in məlumatına görə, bu barədə birifinq zamanı BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
"Qəzzada elektrik enerjisinin kəsilməsi davam edir. Təxminən 1,5 milyon insan evlərini tərk etmək məcburiyyətində qaldı, 700 mindən çox insan nəzarətsiz sığınacaqlara yerləşib. Bu obyektlərin 150-si gücündən artıq doludur", - deyə o bildirib.
Oxşar xəbərlər
İsrail ordusu Qəzza zolağında HƏMAS-ın 10 hədəfini vurub
İsrail ordusu Qəzza zolağında HƏMAS-ın 10 hədəfini, o cümlədən kəşfiyyat qərargahını və radikal hərəkatla əlaqəli iki bankı vurub. Bu barədə İsrail Ordusunun mə...