BMT-nin Baş katibi İsrailə hücumu pisləyib

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş “HƏMAS”ın İsrailə hücumunu pisləyib.
“Report” xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrikin şərhində deyilir.
“BMT-nin Baş katibi HƏMAS-ın İsrailin Qəzza zolağı yaxınlığında və mərkəzi İsrail şəhərlərinə hücumunu, o cümlədən İsrailin məskunlaşdığı ərazilərə minlərlə raket atılmasını qətiyyətlə pisləyir”, - deyə Dujarrik bildirib.
Bundan əlavə, o qeyd edib ki, Quterreş Fələstin-İsrail münaqişəsinin tərəflərini maksimum təmkinli olmağa çağırıb.
Təşkilatın baş katibinin sözlərinə görə, İsrail ətrafında vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün diplomatik səylərə ehtiyac var.

Oxşar xəbərlər
İsraildə ölənlərin sayı 200-ə, Qəzzada isə 232-yə yüksəlib - YENİLƏNİB/FOTO/VİDEO
İsraildə ölənlərin sayı 200-ə, Qəzzada isə 232-yə yüksəlib. Bu barədə “Telegram” kanalları məlumat yayıb. ***21.57 “HƏMAS”ın İsrailə hücumu nəticəsində ölənləri...