Qeyri-adi təbiət hadisəsi - Səmada 7 Günəş göründü - FOTOLAR

Qeyri-adi təbiət hadisəsi - Səmada 7 Günəş göründü - FOTOLAR
Foto
Siyasət 452

Çində Çenqdu şəhərinin səmasında optik illüziyaya görə 7 günəş görünüb.

BAKU.WS “World of Buzz”a istinadən xəbər verir ki, nadir təbiət hadisəsi nəticəsində Çin üzərində səmada 7 “günəş” peyda olub.

Yerli sakinlərin dediyinə görə, onlar belə mənzərəni ilk dəfə görürdülər.

Bildirilib ki, Çenqdu şəhəri üzərində səmada nadir təbiət hadisəsi əmələ gəlib - yeddi “günəş” bir anda metropolu işıqlandırıb. Onların hamısının fərqli parlaqlıqları və rəng temperaturları var idi ki, bu da ümumi mənzərəni daha da qeyri-adi edib.

Şəklin şahidləri belə bir tamaşanın təxminən bir dəqiqə davam etdiyini, bundan sonra yalnız bir Günəşin - həqiqi günəşin qaldığını söyləyib. Mütəxəssislərin fikrincə, bu optik illüziya laminat şüşədən işığın sınması və əks olunması səbəbindən yaranıb.

Son xəbərlər