Qeybət etməyi sevən 5 bürc: Onlardan uzaq durun
Bürclərin bəzi təəccübləndirici xüsusiyyətləri var. Onlardan biri də qeybətcil olmaqlarıdır. Bəzi bürclərin nümayəndələri yaxınındakı insanlar haqqında ətraflı məlumat öyrənməyə, qeybət etməyə meyillidirlər. Bu dəfə astroloqlar yaxınlarının dedi-qodusunu edən 5 bürcün adını açıqlayıb.
BAKU.WS xarici KİV-ə istinadən həmin bürclərin adlarını təqdim edir:
Əkizlər bürcü
Güclü ünsiyyət qurma bacarığı olan Əkizlərin hər şeydən xəbəri var. Sosiallaşmağı sevdikləri üçün məlumat toplamaq barəsində peşəkardırlar. Maraqlandıqları hər şeyi çox rahatlıqla soruşmaları, bunu da başqaları ilə paylaşmaları onları qeybətə sürükləyir.
Şir bürcü
Olduqları mühitdə diqqət çəkməyi bacaran Şir birbaşa dedi-qodu etməz, amma hər kəs onlarla nəsə danışmaq istəyir. Buna görə də qeybətə meylli olurlar.
Tərəzi bürcü
Tərəzilər münasibətlərdə harmoniyanı xoşlayırlar, münaqişələrdən qaçsalar da, başqaları haqqında nəsə öyrənməyi sevirlər. Bu da onları qeybətə sürükləyir. Bir şeyin niyə yanlış olduğunu və niyə doğru olduğunu izah edirlər. Lakin tərəzilər yayılan şayiələrin yaxınlarına zərər vurmasını xoşlamırlar.
Dolça bürcü
Dolça, əldə etdiyi məlumatları paylaşmağı sevən bürcüdür. “The Best of Psychic Readers” kitabında astroloq Emili Nyuman deyir: “Onlar müntəzəm olmasa da, hərdən qeybətə meyilli olurlar”.
Oxatan bürcü
Oxatan bürcündən olanlar qeybət etməyi sevsələr də, əslində dedi-qodu etdiklərinə inanmırlar. Onlar dedi-qodu etməyi, bütün faktları eşitmədən nəticə çıxarmağı sevirlər.
Oxşar xəbərlər
Bürclər ən çox hansı adamlara əsəbiləşirlər? - Qorxaq
Kimisi söz verib tutmayana, kimisi heç danışmayana, kimisi isə ikiüzlü adamlara əsəbiləşir... Bu dəfə astroloqlar bürcləri əsəbiləşdirən insan tiplərini açıqlay...