Bürclər ən çox hansı adamlara əsəbiləşirlər? - Qorxaq

Bürclər ən çox  hansı adamlara əsəbiləşirlər?  - Qorxaq
Siyasət 1727

Kimisi söz verib tutmayana, kimisi heç danışmayana, kimisi isə ikiüzlü adamlara əsəbiləşir... Bu dəfə astroloqlar bürcləri əsəbiləşdirən insan tiplərini açıqlayıblar.

BAKU.WS sözügedən açıqlamanı təqdim edir:

Qoç bürcü

Bu bürcün nümayəndələri haqqını axtarmayan adamlara əsəb olurlar.

Buğa bürcü

Buğa bürcündən olanlar söz verib, tutmayan məsuliyyətsiz insanlara əsəbiləşirlər.

Əkizlər bürcü

Bu bürcün nümayəndələri ağzını açıb bir kəlimə danışmayan, qaraqabaq şəxslərə əsəb olurlar.

Xərçəng bürcü

Xərçəng bürcündən olanlar kobud və duyğusuz insan tiplərinə əsəbiləşirlər.

Şir bürcü

Bu bürcün nümayəndələri özünü əzdirən, qorxaq adamlara əsəb olurlar.

Qız bürcü

Qız bürcündən olanlar hər işin öhdəsindən gələ bilməyən bacarıqsız insanlara əsəbiləşirlər.

Tərəzi bürcü

Bu bürcün nümayəndələri davakar adamlara əsəb olurlar.

Əqrəb bürcü

Əqrəb bürcündən olanlar ikiüzlü insanlara əsəbiləşirlər.

Oxatan bürcü

Bu bürcün nümayəndələri özünü düşünən, eqoist adamlara əsəb olurlar.

Oğlaq bürcü

Oğlaq bürcündən olanlar ayrı-seçkilik edən insanlara əsəbiləşirlər.

Dolça bürcü

Bu bürcün nümayəndələri onlara süni davranan adamlara əsəb olurlar.

Balıq bürcü

Balıq bürcündən olanlar məsuliyyətsiz insanlara əsəbiləşirlər.

Son xəbərlər