Qətlə yetirilən nüvə fizikası üzrə iranlı alimin dəfn mərasimi keçirilib - VİDEO

Qətlə yetirilən nüvə fizikası üzrə iranlı alimin dəfn mərasimi keçirilib - VİDEO
Foto Video
Siyasət 300

İranın paytaxtı Tehranda sui-qəsd nəticəsində qətlə yetirilən nüvə və raket sahəsi üzrə alim Möhsün Fəxrizadənin dəfn mərasimi keçirilib.

BAKU.WS xəbər verir ki, bu barədə "Təsnim" agentliyi məlumat yayıb.

İranlı alimlə vida mərasimi ölkənin Müdafiə Nazirliyinin qarşısındakı meydanda baş tutub.

Mərasimə İranın dövlət rəsmiləri, yüksəkçinli ordu rəsmiləri və digər insanlar qatılıb.

Son xəbərlər