Qətlə yetirilən beş uşaq anası Gülnazı dəfn edən tapılmır
Rusiyanın Ufa şəhərində qətlə yetirilmiş 31 yaşlı çoxuşaqlı ana Gülnaz İ. kimsəsizlər məzarlığında dəfn edilə bilər.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, qətli törədən şəxs Gülnazın birinci həyat yoldaşıdır.
Belə ki, qadın birinci nikahdan dünyaya gətirdiyi iki uşağını görmək məqsədilə ayrıldığı şəxsin evinə yollanıb. Bu zaman tərəflər arasında mübahisə düşüb və içkinin təsiri altında olan kişi qadını bıçaqla qətlə yetirib.
Polis cinayəti törədən şəxsi saxlayıb. Qətlə yetirilən qadının cəsədi şəhərin morquna yerləşdirilib. Məlum olub ki, qadın ikinci nikahdan dünyaya gətirdiyi üç uşağın atasından da ayrılıb.
Oxşar xəbərlər
39 il əvvəl türk diplomatları qətlə yetirən ermənilərin tutulması üçün mükafat ayrılıb
Bu gün Sidneydə ermənilər tərəfindən qətlə yetirilən iki türk diplomatın anım günüdür. 1980-ci il dekabrın 17-də erməni terrorçular daha iki türk diplomata qarş...