Qarabağda lüks hotellər tikiləcək - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İşğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri də davam edir. Füsunkar təbiətə malik torpaqlarımız yüksək turizm potensialına malikdir. Bu yöndə də artıq işlərə start verilib. Bölgədə müxtəlif kateqoriyalı və lüks hotellərin tikintisi gündəmdədir.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, Qarabağda müxtəlif kateqoriyalı hotellərin tikintisi gündəmdədir.
Hazırkı mərhələdə bölgənin turizm potensialı üzərində intensiv iş gedir. Eləcə də müxtəlif layihələr və təkliflər formalaşdırılır. Bunu Xəzər Xəbərə Azərbaycan Hotel Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam deyib.
Günay Sağlam bildirdi ki, bu istiqamətdə əsas hədəflərdən biri görülən işlərə xarici investorların da cəlb edilməsidir.
Günay Sağlam əlavə etdi ki, eyni zamanda Qarabağda turistlərin rahatlığı və məmnunluğu üçün kompleks sistemli yanaşma tətbiq olunaraq müxtəlif növ turizm məhsullarının yaradılması da önəmlidir.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...