Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - VƏZİFƏ VƏ MAAŞLAR
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi işğaldan azad olunmuş ərazilərdə aşpaz, qabyuyan, gözətçi, fəhlə, xadimə, xidmətçi vəzifələrində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir.
Bu barədə BAKU.WS-ə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Yuxarıda göstərilən vəzifə maaşlarına qüvvədə olan qanunvericiliyə uyğun olaraq əmək şəraitinə görə əlavələr daxildir. Həmçinin, işçinin səmərəli fəaliyyətinə görə mükafatların verilməsi nəzərtə tutulmuşdur.
Maraqlananlar aşağıda göstərilən sənədləri career@anama.gov.az ünvanına göndərməlidir.
müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;şəxsiyyət vəsiqəsinin surəti;təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);əmək kitabçasının surəti (olduğu halda).
Sənəd qəbulu cari ilin 31 may tarixinədək həyata keçiriləcək.
Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.
Oxşar xəbərlər
Prezident və birinci xanım Zəngilanda “Ağıllı kənd”in açılışını etdilər
Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. BAKU.WS xəbər verir ki, Azərbaycan preziden...